Zakir Fərəcov müavinini işdən çıxardı

10:39 - 13.03.2023


13 mart, Fineko/abc.az. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinlərindən biri vəzifəsindən azad edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, icra başçısnın əmri ilə başçının müavini, həmçinin Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Əliyev Gündüz Aydın oğlu vəzifəsindən azad edilib.

2 sentyabr 2015-ci il tarixindən etibarən Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısıdır.