17:16 - 6.03.2023
6 mart, Fineko/abc.az. Azərbaycanda aqroparkların ərazilərində emal müəssisələrin yaradılması planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zamir Dibirov deyib.
Onun sözlərinə görə, artıq “Yevlax Pilot Aqropark”ın ərazisində emal müəssisənin yaradılması nəzərdə tutulur:
“Aqroparkın ərazisi 2 855 hektar təşkil edir. Bu ərazinin 129 hektarında, yəni əkinə yaramayan hissəsinin təyinatını dəyişdirərək emal zonası yaradılacaq. Həmin ərazi lazım olan infrastrukturla (işıq, qaz və su) təmin ediləcək. Bundan sonra investorları bu əraziyə cəlb etmək istəyirik. “Yevlax Pilot Aqropark”ında prioritetləşdirilmiş məhsulların əkini həyata keçirilir, həmin məhsulları emalı nəzərdə tutulur. Burada əsasən ərzaq və aqrar məhsulların emalı gözlənilir".
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026