15:54 - 3.03.2023
3 mart, Fineko/abc.az. Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqonun və Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Demeke Mekonnen Hassenin rəhbərlik etdikləri nümayəndə heyətləri “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olublar.
ASAN-dan ABC.AZ-a verilən məlumata görə, qonaqlara “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Tanzaniyanın Vitse-prezidenti Filip İsdor Mpanqo “ASAN xidmət” modelinin Tanzaniyada tətbiqi və ikitərəfli Anlaşma Memorandumunun imzalanması ilə bağlı ilkin razılığa gəliblər.
Efiopiya tərəfi öz növbəsində “ASAN xidmət” konseptinin onlarda yüksək təəssürat yaratdığını və Azərbaycanın “ASAN xidmət” modelinin olkələrində tətbiqində maraqlı olduqlarını bildirib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026