Türkiyənin islahatlarını Azərbaycanda tətbiq etmək istəyirik – Prezidentin köməkçisi

14:55 - 2.03.2023


2 mart, Fineko/abc.az. Türkiyədə uğurlu torpaq islahatarı ilə tanış olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiq etmək istəyirik.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Ş.Mövsümov bildirib ki, səfərinin əsas məqsədi Türkiyədə aparılan torpaq islahatlarıyla tanış olmaq və bu sahədə təcrübələrini öyrənməkdir: “Bildiyinz kimi, işğaldan azad olunmuş torpaqlarımızda islahatların keçirilməsinə dair təkliflərin hazırlanması tapşırığı var. Bu cənab Prezident tərəfindən təsdiq olunmuş 2022-2026-cü illərdə sosial-siyasi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirdir. Həmin tədbirə uyğun olaraq biz müxtəlif ölkələrin təcrübəsini öyrənirik.

Qardaş Türkiyədə də bu sahədə uğurlu islahatar aparılır və biz də sözü gedən islahatlarla tanış olmaq istəyirik”.

Qeyd edək ki, Ş. Mövsümov rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-dən Türkiyədə işgüzar səfərdədir.