11:20 - 20.06.2018
20 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,05 dollar (0,07%) düşüb.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,47 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin iyul ayının fyuçersinin qiyməti ötən nəticəyə qarşı, iyunun 19-da keçirilən ticarətin yekunlarına görə, 0,78 dollar (1,18%) enərək 65,07 dollar/barelə təşkil edib.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, ötən nəticəyə qarşı (iyunun 18-də - 75,34 dollar) iyunun 19-da keçirilən ticarətin yekunlarına görə 0,26 dollar (0,35%) ucuzlaşıb və 75,08 dollar / barelə təşkil edib.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi iyunun 19-da keçirilən ticarətin nəticələrinə əsasən 10,01 dollar / barelə təşkil edir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026