14:34 - 1.03.2023
1 mart, Fineko/abc.az. Azərbaycanda güzəşt tətbiq edilən emal avadanlıqlarının sayı artırılmalıdır.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov Bakıda keçirilən “Agro Business Forum Azerbaijan–2023” tədbirində bildirib.
"Azərbaycanda emal sənayesinin böyük perspektivləri var. Hazırda güzəşt tətbiq edilən emal avadanlıqlarının sayı azdır və onların sayının artırılması üzərində düşünmək lazımdır. Çünki meyvə istehsalının həcmi artdıqca onun emalı məsələsini daha çox nəzərdən keçirmək lazımdır. Məsələn, 1 hektar sahədən təqribən 800 yeşik normal alma yığılır. Bunun isə təxminən 300 yeşiklik hissəsi satışa az yararlı olur. Yəni, fermer həmin məhsulu satışa çıxarmaq istəmir. Bu halda ən yaxşı yol məhsulu emal üçün təqdim etməkdir”, - deyə o qeyd edib.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026