10:14 - 27.02.2023
27 fevral, Fineko/abc.az. “Alatava 1 qəsəbəsində (Alatava 1 - Yasamal Rayon Polis İdarəsi ilə üzbəüz) söküntüyə başlamaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şirkətlərin biri ilə razılıq əldə edilib”.
ABC.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.
İcra başçısının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb, yaxın vaxtlarda ərazidə söküntü işləri başlayacaq:
“Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sənədləşdirmə işləri ilə məşğuldur. İşlər tamamlandıqdan sonra sakinlərlə razılaşdırma işlərinə başlanılacaq”.
Elşad Həsənov söküləcək ərazidə yaxın gələcəkdə yeni binalar inşa olunacağını qeyd edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026