Azərbaycandan bu məhsul ixracı azalıb - Hesabat

14:26 - 23.02.2023


23 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycan 147,632 min ton təzə xurma ixrac edib ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,2% azdır.

ABC.AZ İnterdax-a istinadən xəbər verir ki, ixrac edilmiş xurmanın dəyəri $91 milyon 586,68 min (azalma 12,5%) təşkil edib.

Xurmanın əsas ixrac bazarı Rusiya olub: 2022-ci ildə RF-yə $106 milyon 412,61 min dəyərində (azalma 9,14%) 130,927 min ton təzə xurma (azalma 8,4%) ixrac edilib. Bu dövrdə təzə xurma ixracının 88,7%-i RF-nin payına düşüb.

Sayca ikinci iri ixracatçı Ukrayna olub. Bura $4 milyon 787,32 min dəyərində 14,124 min ton xurma göndərilib.