14:03 - 22.02.2023
22 fevral, Fineko/abc.az. Azərbaycanda son bir ildə mənzil qiymətlərində 8 faiz artım var.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın "2022-ci ilin yanvar - dekabr ayları üzrə pul siyasəti icmalı"nda daşınmaz əmlak qiymətləri barədə məlumatlarda qeyd edilib.
İcmalda bildirilib ki, 2022-ci ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki ilin müvafiq dövrünə nəzərən 8 faiz artıb.
Qiymət indeksi ilkin mənzil bazarında 7.2, təkrar mənzil bazarında isə 8 faiz yüksəlib. Amma bu bahalaşma rəsmi inflyasiyadan (14 faiz) geri qalır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib. Bu da 2021-ci ilin göstəricisindən 24.8 faiz çoxdur.
Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 925.4 milyon manat təşkil edib. Bu isə 2021-ci illə müqayisədə 5.8 faiz azdır.
Müəllif: Elmir Murad
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026