Bu binalardakı mənzillərə çıxarış verilməyəcək - VİDEO

15:26 - 21.02.2023


21 fevral, Fineko/abc.az. Bakıda hər il yeni-yeni ünvanlarda yüzlərlə yaşayış binaları tikilir. Amma rəsmi olaraq onların bəziləri istisimara qəbul edilmədən tikinti şirkətləri tərəfindən sakinlərin istifadəsinə verilir.

Bəs burada yaşayanlar binanın kefiyyətli materiallardan tikilməsinə necə əmin ola bilərlər?

ABC.AZ “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hazırda istisimara verilmədən yeni tikilən binalarda yaşayanlar da var.

Tikinti eksperti Şirin Şərifov hesab edir ki, sakinlər binanın konsturuksiya layihəsini  MTK-dan tələb edə bilərlər.

Ekspert deyir ki, bina tikintisi aparıldığı gündən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hər mərtəbəarası, konsturuksiya layihəsi ilə binanın bünövrəsi, sütunları, orada istifadə edilən armaturların ölçüləri dəqiqliklə yoxlanır. Əgər parametrlər, konsturuksiya layihəsindəkinə uyğun gəlmirsə, növbəti mərtəbənin tikilməsinə icazə verilmir.

Şirin Şərifovun sözlərinə görə, paytaxda tikilən bəzi binalarda konsturuksiya layihəsinin olmaması sakinlərdə haqlı olaraq narahatlıq yaradır. O hesab edir ki, gələcəkdə bu tip binalar istisimara qəbul edilmədiyindən mənzil sahiblərinə də çıxarış verilməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: