Naxçıvanda daha bir qurumda yoxlamalar başlayıb

15:10 - 17.02.2023


17 fevral, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində yoxlamalara başlanılıb.

ABC.AZ xəbər verir ki, Naxçıvan kənd təsərrüfatı nazirinin müavini Fikrət Həsənov məlumatı apa-nın yerli bürosuna təsdiq edib.

O bildirib ki, Azərbaycan Respublikası Hesablamalar Palatasının 2023-cü il iş planına əsasən, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinə ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsinin və idarə olunmasının auditi aparılır.

Yoxlamalar 1 yanvar 2022-ci il tarixdən 1 yanvar 2023-cü il tarixinədək olan dövrü əhatə edir. Fevralın 15-də başlanan yoxlamalar 18 mart tarixinədək keçiriləcək.