Naxçıvan Hava Limanında yoxlamalar aparılır

10:51 - 17.02.2023


17 fevral, Fineko/abc.az. Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır.

Bunu qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib.

O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.