15:55 - 16.02.2023
16 fevral, Fineko/abc.az. Əvvəlki küçələr daha olmayacaq. Yeni küçələr və adlandırmalar olacaq. Ağdamda bu məsələ ilə bağlı layihə dövlət başçısına təqdim olunub. Torpaq islahatı ilə bağlı işlər davam etməkdədir.
ABC.AZ xəbər verir ki, bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, insanlar köçdükcə vacib məsələ torpaq məsələsidir ki, bu yanaşmalarda beynəlxalq təcrübələr öyrənilir. Bu ayın sonunda İsrail və Türkiyəyə səfərlər olacaq. Məqsəd oradakı islahat təcrübəsinin öyrənilməsidir. Ailələrin məşğulluq məsələləri xüsusi olaraq nəzərə alınmalıdır.
Digər məsələ də özəl investisiyaların cəlb olunmasına diqqət yetirilməlidir. Bu sahədə müəyyən suallar var.
Etiraf edirəm, sənədlərlə, xüsusən də çıxarışların, icarə müqaviləsinin verilməsi, torpaq haqda sənədlərin verilməsi üzərində işləyirik. Əhalinin qayıdışında mina təhlükəsi hələ də qalmaqdadır”.
30 İyul 2026
29 İyul 2026