15:37 - 16.02.2023
16 fevral, Fineko/abc.az. Ağdamda 2 yaşayış məhəlləsinin layihələndirilməsi başlanılıb.
ABC.AZ xəbər verir ki, bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O qeyd edib ki, daha 2 layihə də nəzərdə tutulur. 2023-cü ildən bu layihələr hissə-hissə yerinə yetiriləcək. “Dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Əfsuslar olsun ki, bərpa prosesində işçi qruplarda müəyyən problemlər olur. Sifarişçi qurumlar bunu nəzərə almalıdırlar. Ağdamda bəzi layihələrin nəticələrini ümidlə gözləyirik”.
Emin Hüseynovun sözlərinə görə, vacib məsələ yol-kommunikasiya məsələlərinin qurulmasıdır: “Aidiyyəti təsərrüfat qurumlar tərəfindən təsdiqlənməlidir. Biz artıq Ağdam nümunəsini layihələndirmişik. Yeni nəsil qazanxana tipli və istilik sistemlərinin quraşdırılması nəzərdə tutulub. Bu bütün layihələrdə nəzərə alınmalıdır. Biz fərqli yanaşmaları tətbiq edirik. Düşmən tərəfindən 8 şəhərimiz yerlə yeksan edilib. Baş planlar üzrə yeni infrastruktur qurulur”.
30 İyul 2026