Ağdam şəhərində 5608 ev tikiləcək – Prezidentin xüsusi nümayəndəsi

15:26 - 16.02.2023


16 fevral, Fineko/abc.az. İnanıram ki, qısa zamanda hər bir azərbaycanlıya işğaldan azad olunmuş ərazilərə səfər etmək qismət olacaq.

ABC.AZ xəbər verir ki, bunu Ağdamda Şəhərsalma üzrə işçi qrupunun növbəti iclasında çıxışı zamanı Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

“Təbii ki, baş plan ilk olaraq Ağdamda təsdiq olunduğu üçün bir neçə və yeni pilot layihələr burada tətbiq edilir. Bu gün dövlətimiz öz vəsaiti hesabına Cənab Prezidentin tapşırığı ilə layihələndirilən bütün işlərə start verib və hətta bəzi işlər sürətini artırıb. 2026-cı ilə qədər bir çox iqtisadi hədəflər qarşımıza qoyulub. Həm Ağdam, Füzuli, Tərtər, Ağcabədi ərazilərində çoxsaylı infrastruktur layihələrinə başlanılıb. 20 ailənin köçürülməsi üzrə işlər sürətlənib. Ümumi olaraq cəmi 15999 ev tikilməsi nəzərdə tutulub. Ağdam şəhərində 5608 evin tikilməsi nəzərdə tutulur. Cənab Prezident tərəfindən təməli qoyulmuş layihələrin işçi qrupları hazırlanır”, - Emin Hüseynov deyib.