10:26 - 16.02.2023
16 fevral, Fineko/abc.az. Türkiyədə baş vermiş zəlzələdə minlərlə bina dağılmasına baxmayaraq zəlzələ zonasında 13 il öncə tikilən 134 minə yaxın TOKİ (Toplu Konut İdaresi Başkanlığı - Kütləvi Bina İdarəsi Departamenti) binasında çat belə, yaranmayıb.
ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, sakinlər binaların tərpənmədiyini, lakin heç bir xəsarət görmədiyini açıqlayıblar.
Qeyd olunur ki, TOKİ Kahramanmaraşda 5 545, Hatayda 8 018, Osmaniyedə 3 323, Malatyada 20 605, Şanlıurfada 17 261, Diyarbakırda 20 912, Qaziantepdə 27 947, Adıyamanda 7 065, Adanada 21 154, Kilisdə 1 929 bina olmaqla , ümumilikdə 133 759 bina inşa edib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026