10:47 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Ukraynanın bu il taxıl ixracı 2021-ci illə müqayisədə 3 dəfə azalacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Aqrar Biznes Klubu məlumat açıqlayıb
Məlumata görə, bu il məhsulun 34 milyon ton olacağı gözlənilir.
"Ukraynanın ixrac potensialı şərti olaraq üç dəfə azalacaq. Əgər, 2021-ci ildə 60 milyon tondan çox taxıl ixrac edilibsə, 2023-cü ildə bu göstərici 20 milyon ton civarında olacaq. Fermerlər gübrələrin alınması üçün vəsait çatışmazlığı səbəbilə əkin sahələrini azaldırlar. Ukraynada ötən il 53,6 milyon ton taxıl yetişdirilib ki, bu da 2021-ci illə müqayisədə 38% azdır", - məlumatda deyilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026