10:02 - 15.02.2023
15 fevral, Fineko/abc.az. Azərbaycan Adıyaman, Kahramanmaraş və Hatayda konteyner şəhəri yaradacaq.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat bildirib.
Bununla əlaqədar hazırda Adıyamanda olan H.Büyükfırat deyib ki, zəlzələ baş verən ilk andan Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycandakı bütün aidiyyəti təşkilatlar səfərbər olub.
Azərbaycandan böyük miqdarda yardım gəldiyini deyən TÜİB sədri bildirib ki, hazırda ölkəmiz Türkiyənin zəlzələ baş verən bütün bölgələrinə dəstək vermək əzmindədir:
“Hazırda biz Adıyamanda 1 000 konteynerlik şəhər quracağıq. Azərbaycandan gələn TIR-ları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Adıyamandakı mərkəzinə aparırıq".
30 İyul 2026