14:29 - 9.02.2023
9 fevral, Fineko/abc.az. Bakının zəlzələdən sonra yaranmış qırılmalarda tikinti aparılmır.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Elxan Əsədov deyib ki, Bakının özünün sürüşmə ərazilərinin planı var:
"Bu plan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidməti tərəfindən tərtib olunub. Həmin ərazilərdə tikintilər dayandırılıb. İstisna hal kimi orada dövlət üçün vacib olan tikintilər həyata keçirilə bilər. O da müəyyən hazırlıq tədbirləri görüldükdən sonra... Həmçinin Bakının bir neçə yerində zəlzələdən sonra yaranmış qırılmalar var ki, bu gün o ərazilərdə tikinti aparılmır. Belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır".
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026