12:15 - 3.02.2023
3 fevral, Fineko/abc.az. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen 2023-cü il fevralın 24-də, Rusiyanın Ukraynada hərbi əməliyyatının başlanmasının ildönümündə Avropa İttifaqı tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.
Bu barədə ABC.AZ xarici mətbuata istinadla xəbər verir.
"Biz G7-dəki tərəfdaşlarımızla Rusiya neft məhsullarına qiymət həddi tətbiq edəcəyik və işğalın başlanmasından düz bir il sonra fevralın 24-nə kimi onuncu sanksiyalar paketini təqdim etməyi planlaşdırırıq" – deyə o qeyd edib.
O, həmçinin bildirib ki, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması Moskvaya “gündə təxminən 160 milyon avroya” başa gəlir.