Samir Şərifov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb

17:09 - 13.06.2018


13 iyun, Fineko/abc.az. Azərbaycanın maliyyə naziri Samir Şərifov Fransada səfərdədir.

Nazirliyin məlumatında deyilir ki,  səfər çərçivəsində nazir Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə görüşüb.

“Görüşdə Azərbaycan ilə Fransa arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib”, - məlumatda belə deyilir.