Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib

16:36 - 13.06.2018


13 iyun, Fineko/abc.az. Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələri döyüş atışlı təlimlər keçirib.

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, atışlar mm-lik yaylım atəşli reaktiv sistemləri və 152 mm-lik toplardan yerinə yetirilib.

“Təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə edilib.

Müəyyən edilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.