12:14 - 18.01.2023
18 yanvar, Fineko/abc.az. Hindistan 2022-ci ilin sonunda əhalisinin sayına görə Çini geridə qoydu. ABC.AZ xəbər verir ki, World Population Review (WPR) nəşrinin məlumatına görə, 2022-ci ilin sonunda Hindistan əhalisi 1 milyard 417 milyon nəfər olub. Bu Çindən 5 milyon nəfər artıqdır.
Hindistanda əhalinin artımı sürətlə davam edir və artıq 2023-cü ilin yanvarın 18-ə 1 milyard 423 milyona çatıb.
Qeyd edək ki, Hindistanın əhali sayına görə Çini ötüb keçəcəyi gözlənilirdi – hələ 2017-ci ildə BMT bu proqnozu vermiş, amma birldirmişdiki, bu 2024-cü ildə baş verəcək.
Çində isə son 60 ildə - 1959-1961-ci ildən bəri ilk dəfə əhalinin azalması baş verib – rəsmi məlumatlara görə, 2022-ci ildə Çində əhalinin sayı təqribən 850 min nəfər azalıb.
30 İyul 2026
29 İyul 2026