10:00 - 25.10.2017
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lənkəran şəhərində su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsinin davamı haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, layihənin davamı üçün, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2017-ci ilin dövlət büdcəsindən 2,1 milyon manat ayrılacaq.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinə layihənin maliyyələşdirilməsi, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.