16:55 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, dekabrn 10-də Azərbaycan Turizm Bürosu (ATB) ilə Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Anlaşma Memorandumu” imzalanıb.
Bu barədə ABC.AZ-a Azərbaycan Turizm Bürosudan məlumat verilib.
İmzalanma zamanı ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid bildirib ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycana səfər edən Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 93 611 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17 dəfə artım deməkdir. Həmçinin bu rəqəm pandemiyadan sonrakı dövrdə bərpanın 91%-ni təşkil edir.