16:44 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Dekabrın 20-də Azərbaycan Turizm Bürosu (ATB) ilə Səudiyyə Ərəbistanının “Flynas” hava yolları şirkəti arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə “Anlaşma Memorandumu” imzalanıb.
ABC.AZ xəbər verir ki, memorandum sənədini ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və “Flynas” aviaşirkətinin beynəlxalq satış üzrə vitse-prezidenti Abdulilah Aleidi imzalayıb.
Sənəd özündə qarşılıqlı təcrübə mübadiləsi, hər iki ölkə arasında turizmin inkişafı üçün potensial fəaliyyətlərin təşviqi, eləcə də turist axınına təkan verəcək birgə layihələrin işlənib hazırlanmasını ehtiva edir.
Florian Zenqstşmid müxtəlif turist təcrübələri, sadələşdirilmiş elektron viza prosesi və birbaşa uçuşlarla daha çox Səudiyyə Ərəbistanı vətəndaşlarının Azərbaycana cəlb edilməsinin hədəfləndiyini qeyd edib.
5 Avqust 2026
5 Avqust 2026