14:30 - 14.12.2022
14 dekabr, Fineko/abc.az. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qanunsuz tikintilərlə bağlı tədbirlər davam etdirilir.
ABC.AZ nazirliyə istinadən xəbər verir ki, tədbirlər çərçivəsində mövcud tələblərə uyğun olaraq qanunsuz tikinti işləri dayandırılmaqla həmin obyektlərin sökülməsi təmin edilir. Belə ki, tikinti norma və qaydalarının tələblərinə və şəhərsalma prinsiplərinə cavab verməyən, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan, tikintisinə icazə alınmadan, layihədən kənar tikilən, o cümlədən yanğın təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri təmin olunmadan, layihə sənədləri təqdim edilmədən inşa olunan və bununla da insanların həyat və sağlamlığına potensial təhlükə yaradan tikililər sökülür.
Bu çərçivədə Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılmaması səbəbindən Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən vətəndaşlar Tariel İdrisov və Natiq Hacıyevə, həmin rayonun Rasim Muxtarov küçəsində yerləşən vətəndaş Cəmilə Səfərəliyevaya məxsus qanunsuz inşa olunan obyektlərin söküntüsünə başlanılıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026