12:13 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) krallıqda hündürlüyü dünyanın ən hündür binasını - Dubayın 828 metrlik Bürc Xəlifəsini iki dəfədən çox üstələyən yeni göydələn tikmək niyyətindədir.
ABC.AZ xəbər verir ki, bu barədə “Middle East business intelligence” jurnalı məlumat yayıb.
Məlumata görə, Fond Ər-Riyadın şimalında 18 kvadrat kilometr ərazidə, 2 kilometr hündürlükdə bir bina tikməyi planlaşdırır. Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar qiymətləndirir. Nəşrin mənbələrinə görə, hazırkı mərhələdə 1 milyon dollar iştirak haqqı ilə tender keçirilir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026