15:51 - 5.12.2022
5 dekabr, Fineko/abc.az. Avropa İttifaqının Rusiya neftinə tavan qiymət tətbiq etməsi Avropa ölkələrinin özləri üçün maksimum mənfi təsirlə nəticələnəcək.
ABC.AZ xəbər verir ki, bunu Çinin “Global Times” qəzetinin müəllifləri yerli ekspertlərin rəyinə istinadən bildiriblər.
“Xiamen Universiteti”nin Enerji İqtisadiyyatı Tədqiqat Mərkəzinin direktoru Lin Baoqiang, "Avropa enerji qiymətlərinin daha yüksək olmasına hazırlaşmalıdır" deyib.
O qeyd edib ki, Moskva çətin ki, endirimli qiymətlərlə neft satışı həyata keçirməyə razı olsun.
Ekspert qeyd edib ki, eyni zamanda Avropa İttifaqı ABŞ-dan neft idxalını artırmalı olacaq.
"Yaxın gələcəkdə Avropa demək olar ki, qaçılmaz olaraq bu enerji daşıyıcısının qiymətlərinin kəskin artacağını gözləyəcək", - Lin Baoqiang əlavə edib.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026