17:03 - 30.11.2022
30 noyabr, Fineko/abc.az. “MİDA” MMC “1 nömrəli 15 mərtəbəli 1 bloklu yaşayış binasının və 14 nömrəli 2 mərtəbəli uşaq bağçasının tikintisi” tenderinin nəticələrini açıqlayıb.
ABC.AZ xəbər verir ki, tenderin qalibi "Yar İnşaat Təmir Tikinti, MMC Araz İnşaatçı MMC konsorsium” olub. Şirkətlə 7 milyon 432 min 784 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də qurumun 3 milyon 679 min 397 manat dəyərindəki “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 ha ərazidə 62 nömrəli 2 mərtəbəli 240 yerlik uşaq bağçasının tikintisi” (16.12.2021) tenderini qazanıb.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026