10:50 - 17.11.2022
17 noyabr, Fineko/abc.az. 2026-cı ildək Qarabağ və Şərqi Zəngəzura 10 min 270 ailə, 2027-ci ilə qədər – 34 min 500 ailə köçürüləcək. 2027-ci ilədək burada 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək, bu barədə
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd edilib.
Bildirilib ki, bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada həmçinin enerji, nəqliyyat, idman, sosial və digər infrastruktur inşa olunacaq.
2026-cı ilə qədər burada 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikiləcək və bərpa ediləcək, 2027-ci ilədək isə regionda ali məktəbin bir filialı fəaliyyətə başlayaq, DOST mərkəzlərinin 7 filialı açılacaq.
Sənədə əsasən, 2027-ci ilə qədər regionda ipoteka sistemi istifadəyə veruilməlidir və ilkin turizm infrastrukturu formalaşdırılmalıdır.
30 İyul 2026
29 İyul 2026