Türkiyədə ev almaq istəyənlər - Bu şəhərlərdə mənzillər bahalaşıb

17:03 - 16.11.2022


16 noyabr, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) sentyabr ayı üzrə mənzil qiymətləri indeksini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Türkiyənin əsas Bankının mənzil qiymətləri indeksinə görə, sentyabr ayında mənzil qiymətləri əvvəlki ayla müqayisədə 4,9 faiz, 2021-ci ilin sentyabr ayı ilə müqayisədə isə 189,2 faiz artıb.

Mənzil qiyməti indeksi sentyabr ayında avqust ayı ilə müqayisədə İstanbul, Ankara və İzmirdə müvafiq olaraq 4,6 faiz, 4,3 faiz və 5,8 faiz artıb.

Ötən ilin eyni ayı ilə müqayisədə indeks İstanbulda 212,1 faiz, Ankarada 196 faiz və İzmirdə 185,8 faiz artıb.