Mərkəzi Bankın yeni binası belə tikilir - Foto

10:36 - 14.11.2022


14 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının yeni binası artıq tikilməkdədir.

ABC.Az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankının tikintisindən olan yeni görüntüləri təqdim edir.

Məlumatda qeyd olunub ki, Mərkəzi Bankın yeni inzibati binası 37 mərtəbədən ibarət olacaq.

Bakının Heydər Əliyev prospektində yerləşəcək binanın hündürlüyü 168 metrə bərabər olacaq.

Xatırladaq ki, Türkiyənin “Tekfen Holding” şirkəti, törəmə şirkəti “Tekfen İnşaat”ın Azərbaycan Mərkəzi Bankı üçün yeni inzibati binanın tikintisi tenderinin qalibi olduğunu açıqlayıb.

Layihənin məbləği 218 milyon avro müəyyən olunub.