17:16 - 11.11.2022
11 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Milli Məclisdə komitə iclasları keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxış edib.
O deyib ki, minimum pensiya məbləğini artıra bilmişik və median əməkhaqqını son 4 ildə 2,3 dəfə artıra bilmişik. Artım dinamikamız çox güclüdür.
"Bu gün heç də əhalinin hamısı minimum pensiya almır, indeksasiya ilə də əlavələr alır. Minimum pensiyada da indeksasiyanı nəzərə alsaq, gələn il ciddi artımı gözləyirik. Bizim apardığımız islahatların hər birində aşağı gəlirli əhaliyə üstünlük verilir. Ona görə minimum əməkhaqqını aqressiv artırdıq. Bu, davam edəcək”, - deyə nazir qeyd edib.
8 Avqust 2026
8 Avqust 2026