Bakıda inşaat işlərinin 91 faizini özəl müəssisələr görüb

11:22 - 11.11.2022


11 noyabr, Fineko/abc.az. 2022-ci ilin doqquz ayında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 71,8 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,2 faizini əsaslı təmir, 6 faizini cari təmir, 13 faizini isə digər tikinti işləri təşkil edib.

Bu barədə ABC.AZ Bakı şəhər Statistika İdarəsinə istinadla xəbər verir.

Bildirilib ki, ümumi inşaat işlərinin 91,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.