MOK-un 30 illiyi ilə bağlı yeni layihələrə start verilib - Video    

16:09 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə yeni layihələrə start verilib.

ABC.AZ xəbər verir ki, layihələrdən biri MOK-un 30 illiyi ilə bağlı himnin yazılmasıdır.

Belə ki, tanınmış şəxslərin ifasında səslənəcək yeni himn MOK-un 30 illiyi tədbirlərində səsləndiriləcək. Hazırda himn üzərində işlər gedir. Həmçinin sözügedən himnə klip çəkilişləri də başlayıb. Klipin çəkilişlərinə həsr edilmiş videoroliki sizə təqdim edirik.