11:14 - 7.06.2018
7 iyun, Fineko/abc.az. “TurStat” analitik agentliyi Rusiya turistləri arasında yay aylarında istirahət üçün populyar olan MDB kurortlarının reytinqini təqdim edib.
“Qazaxıstanda Burabay (Borovoye) kurortu, Qırğızıstanda İssık-Kul gölü, Belarusda Naroç gölü, Azərbaycanda Xəzər dənizinin sahilində Bakının Bilgəh çimərliyi пляжи və Ermənistanda Sevan gölü istirahət üçün populyar olan kurortların ilk beşliyinə daxildir”, - “TurStat”ın məlumatında belə deyilir.
“TurStat”ın məlumatına əsasən, MDB kurortlarına Rusiya turistləri yay aylarında 7 gündən 14 gün müddətinə gəlirlər.
MDB ölkələrinin istirahət mərkəzlərində istirahət bir gündə 50 dollardan 100 dollara qədər başa gələcək. Ən ucuz İssık-Kul (50 dollar), ən bahalı isə Xəzər dənizində Bilgəh kurortlarıdır (100 dollar). Naroç gölündə istirahət gündə 75 dollardır. MDB ölkələrinin istirahət mərkəzlərinə Moskvadan, Moskva vilayətindən, Sankt-Peterburqdan, Cənubi Uraldan və Sibirdən olan Ruisya turistləri gəlir.
MDB-nin, Rusiyadan gələn turistlər arasında məşhur olan 5 kurortu:
1. Burabay kurortu, Qazaxıstan
2. İssık-Kul gölü, Qırğızıstanın
3. Naroç gölü, Belarus
4. Bakıda Bilgəh çimərliyi, Xəzər dənizi, Azərbaycan
5. Sevan gölü, Ermənistan
Reytinq turistlərin kurort ziyarətlərinin təhlili nəticələrinə əsasən tərtib edilib.
30 İyul 2026