Kənd təsərrüfatı heyvanlarının sığortasına maraq azalıb

16:26 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortasına maraq azalıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 2 milyon 569 min manat sığorta haqqı toplanıb.

Bu sığorta növü üzrə sığorta ödənişləri 617 min manat təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 1 milyon 625 min manat və ya 39% azalıb.

Bu sığorta üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 248 min manat yəni, 67,2% artaraq 617 min manat olub.