DTX Mədəniyyət nazirinin müavinini saxladı - Detallar

14:01 - 1.11.2022


1 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb.

Xatırladaq ki, 1979-cu il təvəllüdlü E.Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Himayəçilər Şurasının sədri vəzifəsini icra edib.

Yeri gəlmişkən, DTX 2020-ci ilin mayında da Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, həmin vaxt da nazir müavinlərindən biri Rafiq Bayramov saxlanılmışdı.