17:31 - 21.10.2022
21 oktyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında məcburi köçkünlərin qayıtması üçün inşa edilən yaşayış komplekslərindəki mənzillər barədə məlumatları açıqlayıb.
ABC.AZ xəbər verir ki, mənzillərlə bağlı məlumatlar yaşayış komplekslərini maketinin nümayiş olunduğu II Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində açıqlanıb.
Füzuli şəhərində inşa edilir, ümumilikdə 8,9 hektar ərazini əhatə edir. Yaşayış Kompleksində 4-5-6 mərtəbəli ümumilikdə 38 bina olacaq.
Bunlar
2 ədəd 4-5 mərtəbəli (bir girişli),
4 ədəd 5 mərtəbəli (bir girişli),
4 ədəd 6 mərtəbəli (bir girişli),
8 ədəd 4-5 mərtəbəli (iki girişli),
2 ədəd 4 mərtəbəli (iki girişli),
12 ədəd 5 mərtəbəli (iki girişli),
2 ədəd 5-6 mərtəbəli (iki girişli),
4 ədəd 6-7 mərtəbəli (iki girişli) olacaq.
Bu binalarda ümumilikdə 846 mənzil olacaq. Mənzillərdən
318-i ikiotaqlı, sahəsi 54,2-68,3 kvadrat metr,
430-u üçotaqlı, sahəsi 71,6-109,3 kvadratmetr
98-i dördotaqlı, sahəsi 92,8-108,4 kvadratmetr olacaq.
Bütün mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istilik və məişət üçün isti su ilə təmin olunaraq vətəndaşlara təklif olunacaq. Yaşayış binaları ilə yanaşı ərazidə sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, uşaq oyun meydançaları, idman meydançaları da fəaliyyət göstərəcək.
30 İyul 2026