Bakı 2040-cı ilə qədər xeyli dəyişəcək - Baş Plan təqdim olunub

12:08 - 19.10.2022


19 oktyabr, Fineko/abc.az. Bir neçə gündür sosial şəbəkələrdə Bakı şəhərinin yeni Baş Planı müzakirələrə səbəb olub. Artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış planın görüntüləri də yayılmağa başlayıb.

ABC.AZ xəbər verir ki, baş plandan aydın olur ki, paytaxtda 2040-cı ilə qədər 54 kilometrlik tramvay xətti çəkiləcək və Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq.

Həmçinin Böyükşor gölünün ətrafında istirahət zonası salınacaq.

Qeyd edək ki, Baş Planda paytaxtın 213500 hektarlıq bütün inzibati ərazisi əhatə olunub.

Almaniyanın şəhərsalma şirkəti ilə birlikdə işlənilmiş yeni Baş Plan konsepsiyasında paytaxtın 2040-cı ilədək olan dövr üçün inkişaf prioritetləri müəyyən olunub.