10:49 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. "Baku Expo Center"də “United Property Expo 2022” - beynəlxalq əmlak sərgisi keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, sərgi noyabrın 19-20-də baş tutacaq.
Sərgi ölkədən xaricdə əmlak almaq, icarəyə vermək istəyənlər üçün platforma rolunu oynayacaq.
Sərgidə 70-dən çox tərtibat, dizayn və memarlıq şirkəti iştirak edəcək.
Xatırladaq ki, sonuncu dəfə Bakıda bu cür sərgi koronavirus (COVID-19) pandemiyasından əvvəl - 6-7 aprel 2018-ci ildə keçirilib.
30 İyul 2026