Azərbaycan Qırğızstana ting məhsullar ixrac edəcək

16:18 - 11.10.2022


11 oktyabr, Fineko/abc.az. Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC ilk dəfə olaraq Qırğızıstana ting məhsulları ixrac edəcək.

İqtisadi Zonaların İnkişafı Agentliyindən ABC.AZ-a verilən məlumata görə, bu ilin oktyabrında ixraca dair imzalanan müqaviləyə əsasən, şirkət tərəfindən Qırğızıstana ümumilikdə 40 min gilas, badam və nektarin tinglərinin göndərilməsi planlaşdırılır.

Növbəti mərhələdə isə, Gürcüstana 100 min qoz tinginin, Rusiyaya isə 150 min ədəd alma, gilas və nektarin tinglərinin ixracı nəzərdə tutulur.

Qeyd edək ki, Yevlax Pilot Aqroparkın ilk rezidenti kimi qeydiyyata alınmış “İSFA” MMC tərəfindən aqroparkın ərazisində meyvə bağları, tinglik salınıb və bu istiqamətdə işlər davam etdirilir.