11:55 - 27.09.2022
27 sentyabr, Fineko/abc.az. Rusiya vətəndaşlarının Azərbaycana axın etməsi ölkəmizin daşınmaz əmlak bazarında qiymətlərin yüksəlməsi ilə nəticələnəcək.
ABC.AZ xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Oruc deyib.
O bildirib ki, bir müddət əvvəl Rusiya və Ukrayna arasında müharibənin başlanması daşınmaz əmlak bazarına öz təsirini göstərib:
“Rusiya-Ukrana müharibəsi başlayan dövrdə də Ukraynadan Azərbaycana çox sayda gələnlər var idi. Onların gəlişi Azərbaycanda daşınmaz əmlak bazarına ciddi təsir göstərmişdi. Nəticədə ötən ilə nisbətən bu il daşınmaz əmlak bazarında kirayə və alqı-satqı qiymətləri yüksəldi. Bu tendensiya elə bir prosesdir ki, bir hadisə baş verirsə nəticələri özünü tez bir zamanda göstərmir. Fikir versək görərik ki, daşınmaz əmlak bazarında 2021-ci ilə nisbətən 2022-ci ildə qiymətlərin 15-20% artması baş verdi”.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026