Azərbaycan vətəndaşları durmadan Türkiyədən ev alır - Statistika

15:03 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Ötən ay Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı mənzil sayı bəlli olub.

ABC.AZ xəbər verir ki, Türkiyənin Statistika İdarəsinin məlumatına görə,  vətəndaşlarımız avqustda qardaş ölkədən 106 mənzil alıb.

Müqayisə üçün qeyd edək ki, bu, iyul ayına nisbətən 41 mənzil daha çoxdur. Belə ki, avqust ayında xarici vətəndaşlar Türkiyədən ümumilikdə 5 min 273 mənzil alıblar.

Mənzillər daha çox Antalya, İstanbul və Mersin şəhərlərində alınıb.

Türkiyədən ən çox mənzil alan xarici ölkə vətəndaşları isə Rusiya (1238), İran (633) və iraqlılardır (417).