Ərdoğan Putinə dəstək verdi - Rusiyadan da taxıl daşınması başlamalıdır

16:08 - 8.09.2022


8 sentyabr, Fineko/abc.az. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizini tənqid edən Rusiya lideri Vladimir Putinin haqlı olduğunu bildirib.

ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, türkiyəli lider daha sonra Rusiyadan da taxıl ixracının başlamalı olduğunu bildirib.

“İndi Rusiyaya qarşı bu sanksiyalar davam edərkən, bunları edən ölkələrə taxıl daşınması cənab Putini də narahat edir. Biz də taxıl daşımalarının Rusiyadan başlamasını istəyirik”, - deyə o bildirib.