17:31 - 7.09.2022
7 sentyabr, Fineko/abc.az. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2021-ci ili 1,509 milyon manat mənfəətlə başa vurub.
ABC.AZ qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 3,5 dəfə azdır.
Ötən il dövlət MİDA-ya əvvəlki il olduğu kimi - 2,1 milyon manat yardım edib.
Agentliyin maliyyə gəlirləri 10,176 milyon manat, diskontun amortizasiyası üzrə gəlirləri isə 4,293 milyon manat təşkil edib. Bunlar isə əvvəlki ilə nisbətən müvafiq olaraq 1% və 5 dəfə çoxdur.
30 İyul 2026
29 İyul 2026