Bakıda 8 bağçanın fəaliyyəti dayandırıldı

11:46 - 7.09.2022


7 sentyabr, Fineko/abc.az. “Son bir ay ərzində Bakıda məktəbəqədər təhsil müəssisələrinə 5122 uşaq elektron sistemlə qəbul olunub”.

ABC.AZ-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva təhsil işçilərinin konfransında deyib.

O bildirib ki, idarənin tabeliyinə 348 bağça keçib: “Onlardan 8-nin fəaliyyəti dayandırılıb. Ümumi bağçalardan 264-ü körpələr evidir. Bağçalarda ümumilikdə 41 min 87 uşaq təlim-tərbiyəyə cəlb olunub, 4299 tərbiyəçi və müəllim məşğul olur”.

M.Vəliyeva qeyd edib ki, 4 bağça əsaslı təmir olunub, 18 bağçada cari təmir işləri başa çatdırılıb. Bu da bağçalardakı sıxlığı aradan qaldırmağa kömək edəcək.