11:53 - 6.09.2022
6 sentyabr, Fineko/abc.az. 30 avqust – 4 sentyabr 2022-ci il tarixində Türkiyənin Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) günləri çərçivəsində Türkiyədə yaşayan azərbaycanlılara dövlət xidmətlərinin çatdırılması məqsədilə Səyyar ASAN xidmət avtobusu vasitəsilə xidmət göstərilib.
ABC.AZ xəbər verir ki, bu müddətdə 400-ə yaxın vətəndaşımızın işi asanlaşıb.
Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsi ilə vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi kimi xidmətlər göstərilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026