11:13 - 31.08.2022
31 avqust, Fineko/abc.az. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun onlayn iclası baş tutub.
ABC.AZ xəbər verir ki, iclasda xidmәtlәrin rәqәmsallaşdırılmasının vacibliyi qeyd edilərək “e-tikinti.gov.az” portalının yaradılmasına, tikinti və istismar üçün icazələrin və məlumatlandırma icraatı üzrə razılaşmaların yalnız elektron sistem vasitəsilə verilməsi tələbinin qanunvericilikdə təsbit edilməsinə, müraciət və icazələrin ümumi sayında “Bir pəncərə” e-sistemi vasitəsilə verilənlərin xüsusi çəkisinin artırılmasına, sistem üzərindən edilən ödənişlərin Hökumət Ödəniş Portalı vasitəsilə icrasının təmin edilməsinə, vətəndaşlara təqdim edilmiş elektron ünvan arayışları ilə bağlı məlumatların, habelə Daşınmaz əmlakın kadastrı və reyestrini aparan qurumun sözügedən e-sistemə inteqrasiyasına dair görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.